• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsmayılzadə Nuridə Cəfər qızı

     Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri 01.02.1959

    Təhsili:1966 -1977 Bülbül adına  orta ixtisas musiqi məktəbi, 1977-1982 Ü.Hacıbəyov  adına  Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” fakültəsində təhsil almış və Fərqlənmə diplomu ilə bitirmişdir.

     Pedaqoji fəaliyyəti. 1983-1998 Bakı Məktəbəqədər Pedaqoji Texnikumu; 2001-ci ildən Ü.Hacıbəyli adına BMA-nın I № elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2007-ci  ildən böyük, 2012-2017-ci illərdə “Musiqi tarixi” kafedrasında dosent, 2017-ci ildən baş elmi işçi, 07.12 2018-ci ildən (müsabiqə yolu ilə) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika ”  elmi - tədqiqat laboratoriyanın  müdiri vəzifəsində çalışır.

    Elmi  fəaliyyəti. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 2010-cu ildə AAK tərəfindən dosent elmi adını almışdır.Bir sıra respublika əhəmiyyətli və Beynəlxalq konfranslarda:2016-ci ildə Azərbaycan Milli Konservatoriyasında, Slavyan Universitetində, 2018-ci ildə İSME, 2018-ci ildə Türkiyənin Bodrum  şəhərində IV Uluslararası müzik və dans konqresi, 2018-ci ildə Moskva şəhərində “Müasir musiqişünaslığın aktual problemləri”, Ü.Hacıbəyli adına BMA-da “Etnoorqanologiya: aktual problemlər və vəzifələr ” elmi-praktiki konfranslarda məruzələrlə çıxış etmişdir.

    Bir sira Azərbaycanda, Türkiyədə, Rusiyada nəşr olunan elmi jurnallarda 60-dan artıq məqalələri çap olunmuşdur.

    N.İsmayılzadənin  dərs  vəsaiti  və  monoqrafiyalarının siyahısı:

    1.Из истории aзербайджанской музыки. Традиции меценатства  и просветительства  (dərs vəsaiti), Bakı, Nurlan, 2008-254 с.

    2.Традиции меценатства и просветительства в Азербайджане.   LAMBERT Academik Publishing. Москва,  2018 -260 с.

    3.Rus musiqi tarixi (dərs vəsaiti), Bakı, Mütərcim, 2015-176 s.

    4.Böyük  maarifçi – Əfrasiyab Bədəlbəyli (dərs  vəsaili). Bakı: Elm  və təhsil, 2017-188 s.

    5.Иса Бек Гаджинский.Страницы славной жизни. İsa bəy Hacınski. Şanlı  ömrün  səhifələr (monoqrafiya).  Bakı:  Elm və  təhsil, 2012-268 s.

    6.Müasirlərimiz:  Həsən  Ağa Adıgözəlzadə (monoqrafiya). Bakı: Elm və təhsil, 2015-114   s.

    7.На вершине науки-Гюльназ Абдуллазаде (монография). Bakı: Elm  və təhsil, 2017–272 c.

    8. Азербайджано – Российские  музыкальные  связи  в  ХХ  веке    (монография).  Бaky:  Мутарджим,  2017– 304 с.

    9.Azərbaycan musiqi tarixində maarifçilik tamayülləri (monoqrafiya). Bakı:  Elm  və təhsil, 2021–162 s.

    N.İsmayılzadə Azərbayacan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin 3 Fəxri Fərmanı, Diasporlarla iş üzrə Dövlət Komitəsinin Təşəkürnaməsi və  səmərəli elmi fəaliyyətinə görə Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

    Emaill: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

     

    Laboratoriyasının elmi işçiləri