3 noyabr 2026-cı il
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Dmitri Sitkovetskinin ustad dərsi keçirilib.
3 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində tanınmış skripka ifaçısı və musiqiçi Dmitri Sitkovetskinin ustad dərsi (Workshop) baş tutub.
Qeyd edək ki, tədbirin təşkilatçısı Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamlayaraq, D.Sitkovetskini yenidən doğma BMA-da görməkdən məmnun olduğunu bildirdi.
Beynəlxalq musiqi səhnəsində özünəməxsus yaradıcılıq üslubu və zəngin ifaçılıq təcrübəsi ilə tanınan Dmitri Sitkovetski ustad dərsi zamanı iştirakçılarla peşəkar bilik və təcrübəsini bölüşüb, musiqi ifaçılığının mühüm məqamlarına, interpretasiya xüsusiyyətlərinə və bədii yanaşmanın incəliklərinə toxunub.
Tədbir tələbələr və gənc musiqiçilər üçün dünya miqyaslı sənətkarın təcrübəsindən faydalanmaq, yeni biliklər əldə etmək və beynəlxalq musiqi mühiti ilə yaxından tanış olmaq baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, ustad dərsi ingilis və rus dillərində keçirilib.
Belə görüşlər Bakı Musiqi Akademiyasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənc ifaçıların peşəkar inkişafı və musiqi təhsilində qabaqcıl təcrübənin paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır.







