• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2026-cı il

    29 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin İxtisas fortepiano kafedrasının dosenti Xədicə Rzayeva tərəfindən XX–XXI əsr musiqisinə həsr olunmuş açıq dərs keçirilib.

    Açıq dərs zamanı XX–XXI əsr musiqisinin əsas xüsusiyyətləri, müasir musiqi istiqamətləri və ifaçılıq problemləri ətraflı şəkildə araşdırılıb. Tələbələr müasir musiqi dilinin özünəməxsus cəhətlərini, müxtəlif bəstəkarlıq üslublarını və ifa xüsusiyyətlərini nümayiş etdirərək müzakirələrdə fəal iştirak ediblər.
    Birinci təhsil ili tələbələrinin ifasında müxtəlif bəstəkarların əsərləri təqdim olunub:
    * Mələk Yusubova — Béla Bartók, Tenyeres
    * Zeynəb Əliyeva — György Kurtág, Perpetuum mobile
    * Aydan Rzayeva — György Kurtág, Preludium és Valcer C-ben
    * Ayaz Salahov — Aydın Əzimov, İlmə
    * Adilə Süleymanlı — György Ligeti, 3 Bagatelles
    * İlahə Məmmədova — Helmut Lachenmann, Guero; Arvo Pärt, Spiegel im Spiegel
    * Sevda Cəfərli — György Kurtág, Feuilles mortes
    * Malik Qədimzadə — Erik Satie, Gnossienne No. 2
    * Jalə Heydərli — Ayaz Qəmbərli, September Clouds
    * ⁠Şəqayiq İmanquliyeva - John Cage -4”33
    * ⁠Şükran Cəfərova çıxış etdilər.

    Açıq dərs müasir musiqinin estetik və üslubi xüsusiyyətlərinin öyrənilməsi, tələbələrin ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi və onların müasir musiqi repertuarına marağının artırılması baxımından əhəmiyyətli olub.