• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 oktyabr 2026-cı il

    Mədaniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində oktyabrın 26-da Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinda fortepiano və violin ixtisası üzrə ustad dərsləri keçirilib.

    Əməkdar müallim, Ü.Hacıbayli adına Bakı Musiqi Akademiyası Simli alətlər kafedrasının professoru, sənətşünasliq üzra fəlsəfə doktoru Höküma Əliyeva tərəfindan keçirilən ustad dərsində  violinda ifaçılığın xüsusiyyatlari, ələtlə düzgün davranış, ifa üçün asarlarin seçilməsi barədə danışılıb, müəllim va şagirdlərə müvafiq tövsiyələr verilib.
    Fortepiano üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi
    Akademiyası Ixtisas fortepiano kafedrasının baş müəllimi Zərif
    Kərimovanın iştirakı ilə gerçəkləşib. Müəllim fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları geyd edib, çalğı ilə bağlı bəzi texniki məslələr ayani şəkilda icra olunub.

    Interaktiv formatda keçən ustad darsləri müallim va şagirdlər tərəfindən maraqla qarşılanıb.