29 sentyabr 2026-cı il
29 sentyabr 2026-cı il tarixində Bakı Musiqi Akademiyasında Vyananın Musiqi və İfaçılıq Sənəti Universitetinin Biq-bend dirijoru, tanınmış bəstəkar, aranjımançı, orkestr rəhbəri və trombonçu, Markus Geiselhartın ustad dərsi keçirildi.
Öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tamaşaçıları salamlayaraq, Markus Geiselhartı auditoriyaya təqdim etdi və Avstriya ilə Azərbaycan arasındakı mədəni əlaqələrin möhkəmləndirildiyini qeyd etdi.
Üç hissədən ibarət olan ustad dərsi Jazz Bandin dinlənilməsi, bəstəkar-aranjimançılarla təlim və trombon ifaçısı tələbələrlə məşğələdən ibarət oldu.
Tədbir iştirakçılara peşəkar musiqi mühiti ilə yaxından tanış olmaq, yeni bilik və təcrübə əldə etmək, həmçinin beynəlxalq səviyyəli musiqiçi ilə fikir mübadiləsi aparmaq imkanı yaradıb.
Markus Geiselhart öz zəngin yaradıcılıq və pedaqoji təcrübəsini bölüşərək gənc musiqiçilərin peşəkar inkişafına töhfə verdi.
Beynəlxalq təcrübə, canlı musiqi və peşəkar ünsiyyətin bir araya gəldiyi ustad dərs iştirakçılar üçün yaddaqalan musiqi təcrübəsinə çevrildi.





