14 may 2026-cı il
14 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və Zərb alətləri” kafedrasının dosenti, Əməkdar artist İlqar Hacıyevin açıq dərsi keçirildi.
Dərs zamanı İ.Hacıyev tələbəyə fərdi yanaşaraq, melodik xəttin düzgün aparılmasına diqqət edib, dinamik işarələr, texniki çətin hissələr üzərində işlədi.
Təqdim olunan açıq dərsdə Xalq artisti, kafedra müdiri, professor Yusif Axundzadə, kafedranın müəllim və tələbə heyəti, həmçinin metodiki şuranın üzvü, Bakı Musiqi Akademiyasının professoru, Lalə Cəfərova da iştirak etmişlər.

