6 aprel 2026-cı il
6 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında açıq dərs baş tutdu
Akademiyada “Sovet musiqi tənqidi (1920–1930): təzyiq, senzura və ideologiya” mövzusunda açıq dərs uğurla keçirildi.
Əməkdar incəsənət xadimi, “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə tərəfindən təqdim olunan açıq dərsdə sovet dövründə musiqi mühitinə təsir göstərən ideoloji təzyiqlər, senzura mexanizmləri və həmin dövrün tənqidi prinsipləri geniş şəkildə təhlil olundu. Dinləyicilər mövzu ətrafında ətraflı məlumat əldə etməklə yanaşı, müzakirələrdə də fəal iştirak etdilər.
Açıq dərs tələbələr tərəfindən maraqla qarşılandı və iştirakçılar üçün maarifləndirici platformaya çevrildi.
Təqdim olunan açıq dərsdə kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.



