12 mart 2026-cı il
12 mart 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının dosenti Günel Kazımovanın açıq dərsi keçirildi.
Öncə G.Kazımova ifa olunacaq əsərin müəllifi, onun yaradıcılığı və əsər haqqında məlumat verdi. Sonra əsərin texniki, bədii tərəfləri üzərində işlədi.
Təqdim olunan açıq dərsdə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar artist, BMA-nın “İxtisas Fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.
Tədris prosesini izləyən müəllim və tələbələr dərsin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, keçirilən açıq dərslərin gənc pianoçuların peşəkar inkişafında mühüm rol oynadığını vurğuladılar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ yanaşmaları və akademik mühitin inkişafına yönəlmiş tədbirləri ilə ölkəmizin aparıcı musiqi ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.

