• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2025-ci il

    16 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru, Xalq artisti Gülnaz İsmayılovanın “Akademik vokal” (ixtisas) fənni üzrə açıq dərsi keçirildi. 

    Dərs zamanı Gülnaz İsmayılova hər bir tələbəyə fərdi yanaşıb, öz bilik və təcrübəsini  bölüşdü. O, düzgün nəfəs texnikası, bir sıra texniki məşqlərlə səsin açılması, doğru istimaqətləndirilməsi üzərində işlədi. Səsi sanki bir “musiqi aləti” adlandıran Gülnaz xanım həmçinin əsərdəki hər bir detala fikir verərək, tələbələr üçün çətin olan hissələr diqqətlə araşdırılıb, öyrənildi.

    Təqdim olunan açıq dərsdə Xalq artisti, kafedra müdiri, professor Xuraman Qasımova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.

    Peşəkar səviyyədə keçirilən açıq dərs hər bir tələbə üçün faydalı olub, böyük maraqla qarşılandı. Eyni zamanda dərs prosesi professor-müəllim heyəti tərəfindən yüksək təqdir olundu.