26 sentyabr 2025-ci il
Heydər Əliyev fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında ustad dərs keçirildi.
26 sentyabr tarixində Pianoçu, Santa Cecília Beynəlxalq müsabiqəsinin (CISC) və Santa Cecília Beynəlxalq festivalının bədii direktoru Alvaro Teixeira Lopes Bakı Musiqi Akademiyasının tələbələri ilə ustad dərsi təşkil olundu.
Ustad dərsə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamlayaraq, A.T.Lopesi dinləyəcilərə təqdim etdi.
Ustad dərsdə ifa etdilər:
Qəmər Mehdiyeva magistr 2-ci kurs
(S.Raxmaninov Etud op.39 es moll
E.Qranados “Maxa və Solovey”);
Azərin Mustafazadə 1-ci kurs
(F.List,Verdi “Riqoletto”)
Əbdüləli Hüseynli 2-ci kurs
(L.V.Bethoven Sonata 21 “Waltstain”).
Ustad dərs zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, peşəkar musiqiçidən dəyərli məsləhətlər aldılar.
Tədbirdə BMA-nın professor-müəllim heyəti və tələbələri iştirak etdilər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğuladılar.