23 may 2025-ci il
23 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının professoru Nazim Mirişlinin “Xor aranjimanı” fənni üzrə açıq dərsi keçirildi.
Açıq dərsdə Nazim Mirişli öz bilik və təcrübəsini tələbələrlə bölüşərək, onlara dəyərli tövsiyələr verdi.
Təqdim olunan açıq dərsdə BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.