• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2025-ci il

    22 may 2025-ci il tarixində Əməkdar müəllim, respublika və beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Məleykə Əhədzadənin Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində ustad dərsi keçirildi. 

    Dərsdə kollecin müəllim və tələbələri, bir çox musiqi məktəblərinin müəllim və şagirdləri iştirak etmişdilər.

    Kollecin tələbələri dərsdə müxtəlif janrlarda yazılmış əsərləri ifa etmiş və tanınmış ifaçı və müəllim Məleykə xanımın dəyərli tövsiyələrini dinləmişlər. 

    Ustad dərsində professor M.Əhədzadə tələbələrlə əsasən intonasiya, ritm, səslənmə üzərində işləmiş, əsərlərin ideya-məzmunu, əsərin forması və xarakterinin düzgün verilməsi haqda öz qiymətli fikirlərini gənc musiqiçilərlə bölüşmüş, texniki çətinliklər üzərində iş aparılmışdır. 

    Professor Məleykə Əhədzadənin Musiqi Kollecində keçirilən ustad dərsi müəllim və tələbələr tərəfindən diqqətlə dinlənildi və dərs yüksək peşəkar səviyyədə keçirildi. 

    Sonda M.Əhədzadə kollecin müəllim və tələbələrinə uğurlar arzulamışdır.