3 aprel 2025-ci il
3 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosenti Fəridə Sultanovanın “İxtisas” fənni üzrə açıq dərsi keçirildi.
Açıq dərsdə müəllim tərəfindən etudlərin texniki çətin hissələrinin öyrəlməsinin müxtəlif üsulları izah olundu, həmçinin ifa zamanı əl və qol hərəkətlərinin düzgün aparılması üzərində işlənildi.
Digər tələbələr də açıq dərsdə öz ifa etdikləri əsərləri səsləndirib, F.Soltanovadan dəyərli məsləhətlər aldılar.
Təqdim olunan açıq dərsdə “İxtisas fortepiano” kafedrasının müdiri, Əməkdar artist, professor Samirə Aşumova, kafedranın müəllim və tələbə heyəti və Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ yanaşmaları və akademik mühitin inkişafına yönəlmiş tədbirləri ilə ölkəmizin aparıcı musiqi ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.