3 aprel 2025-ci il
3 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasının müəllimi dosent Xavər Əhmədovanın açıq dərsi keçirildi.
Dərs zamanı X.Əhmədova öncə ifa olunacaq əsərin bəstəkarı və onun yaşadığı dövr haqqında məlumat verdi. Sonra tələbəyə fərdi yanaşıb, öz bilik və təcrübəsini bölüşərək, əsər üzərində texniki bacarıq qaydalarını işləyib, melodik xəttin düzgün aparılmasını izah etdi.
Təqdim olunan açıq dərsdə kafedra müdiri, professor Kəmalə Neymanova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.