19 mart 2025-ci il
19 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Simli alətlər” kafedrasının müəllimi Nigar Əsədovanın açıq dərsi keçirildi.
Öncə N.Əsədiva ifa olunacaq əsərin müəllifi, onun yaradıcılığı və əsər haqqında məlumat verdi. Sonra əsərin texniki, bədii tərəfləri üzərində işlənildi.
Təqdim olunan açıq dərsdə “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar İncəsənət Xadimi, professor Nəzmiyyə Abbaszadə, “Simli alətlər” kafedrasının müdiri, Xalq artisti, professor Şəhla İbrahimova, Xalq artisti, professor Zəhra Quliyeva, kafedranın baş müəllimi Gülnarə Nurullayeva, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.
Tədris prosesini izləyən müəllim və tələbələr dərsin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, belə elmi-praktik seminarların gənc pianoçuların peşəkar inkişafında mühüm rol oynadığını vurğuladılar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ yanaşmaları və akademik mühitin inkişafına yönəlmiş tədbirləri ilə ölkəmizin aparıcı musiqi ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.