12 mart 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Açıq Dərs keçirildi.
12 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq”kafedrasının dosenti Arzu Məmmədova tərəfindən "Polifoniya" fənni üzrə açıq dərs keçirildi.
Açıq dərs çərçivəsində Arzu Məmmədova tələbələrə polifoniya sənətinin nəzəri və praktik aspektlərini ətraflı izah edərək, klassik musiqi irsi ilə müasir yanaşmaların vəhdətini nümayiş etdirdi.
Təqdim olunan açıq dərsdə BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.
Tədris prosesini izləyən müəllim və tələbələr dərsin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, belə elmi-praktik seminarların gənc bəstəkarların peşəkar inkişafında mühüm rol oynadığını vurğuladılar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ yanaşmaları və akademik mühitin inkişafına yönəlmiş tədbirləri ilə ölkəmizin aparıcı musiqi ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.