• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 may 2024-cü il

    2024-cü il 21-24 may tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Erasmus+ işçi mübadiləsi çərçivəsində Estoniyanın Musiqi və Teatr Akademiyasının professoru, pianoçu Peep Lassmannın tələbələrlə ustad dərsi keçirildi.
    Ustad dərsə başlamadan öncə Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, dəyərli musiqiçini hər kəsə təqdim etdi.
    Ustad dərs müddətində Peep Lassmann öz bilik və təcrübəsini tələbələrlə bölüşərək, ən xırda detallara və nüanslara diqqət yetirib, müəyyən ifaçılıq metodlarının həllinin ən sadə yollarını tələbələrin nəzərinə çatdırdı.
     P.Lassman həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti Yeganə Axundova ilə rəsmi görüşü baş tutdu.
    Görüşdə mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyi vurğulanmış, ölkələrarası əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
    Sonda görüşdən xatirə şəkilləri çəkdirildi.