17 may 2024-cü il
17 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Smolensk Filarmoniyasının solisti, Rusiya Bəstəkarlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatları Anastasiya Vedyakovanın və Kadzuki Nisimonun ustad dərsi keçirildi.
Ustad dərsdə BMA-nın “Kamera ansamblı” kafedrasının müdiri, professor Kəmalə Neymanovanın sinfi Il kurs tələbələri Kənan Məmmədzadə (violin), Nuray Əliyeva, “Simli alətlər” kafedrasının professoru Fatimə İdyatulinanın sinfi l kurs tələbəsi Fidan Musayeva (violin), “Simli alətlər” kafedrasının baş müəllimi Mina Aslanovanın sinfi l kurs tələbəsi Aydan Hacıəhmədova (violin) ifa etdilər.
Tələbələrlə İ.Bramsın violin və piano üçün Sonata N.2 (l hissə), B.Brittenin violin üçün konsert (l hissə), F.Kreyslerin “Reçitativ və skertso-kapris op.6 əsərləri üzərində işlənildi.
Üç saatdan çox davam edən ustad dərsdə Anastasiya Vedyakova (skripka, Rusiya) və Kadzuki Nisimon (fortepiano, Yaponiya) öz bilik və təcrübələrini tələbələrlə bölüşərək, ən xırda detallara və nüanslara diqqət yetirib, müəyyən ifaçılıq metodlarının həllinin ən sadə yollarını tələbələrin nəzərinə çatdırdılar.