10 aprel 2024-cü il
10 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina xanım Hacıyeva tərəfindən Qazaxstan Respublikasının Astana şəhərindəki Milli Xoreoqrafiya Akademiyasında keçirilən “Elm həftəsi” çərçivəsində “Azərbaycan musiqisinin novator nəsillərinin davamlılığı” mövzusunda ustad dərs keçirildi.
Ustad dərsdə Qazax Milli Xoreoqrafiya Akademiyanın professor-müəllim heyəti, balet ifaçıları, bəstəkarlar, sənətşünaslar və xoreoqrafiya sənətinə yiyələnən kollec, bakalavr və magistr səviyyəsində təhsil alan tələbələr iştirak etdilər. Tədbir zamanı vokal ifaları canlı olaraq səsləndirildi. Beynəlxalq müsabiqələr laureatı Firuza Raxmetova və Dina Mirmanova öz çıxışı ilə tədbirə rəngarənglik qatdılar.
İnteraktiv üslubda keçirilən ustad dərs böyük maraqla və rəğbətlə qarşılandı.