9 mart 2023-cü il
9 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiyanın Əməkdar müəllimi, Moskva Dövlət Konservatoriyası tərkibində Mərkəzi Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Mira Marçenkonun ustad dərsi keçirildi.
Öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqlarını və iştirakçılarını salamlayaraq, tanınmış pianoçu M.Marçenkonu tamaşaçılara təqdim etdi.
O da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dəyərli musiqiçilərlə bu musiqi ocağında görüşməkdən məmnun olduğunu vurğuladı.
Ustad dərsdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Əli Adıgözəlov (II kurs) Lüdviq Van Bethovenin Sonata N.21, Ferenst List-Paqanininin Etüd a moll, Nəzrin Qulamova (ll kurs) İohan Sebastiyan Baxın YTK l cild "Prelüdiya və fuqa" N.13 Fis dur, Aygül Mahmudova (ll kurs) Lüdviq Van Bethovenin Sonata N.8 (I hissə), Nəriman Məsimov (lll kurs) Sergey Prokofyevin Sonata N.7 (ll və lll hissə), Ayan Aslanova (ll kurs) Friderik Şopenin Konsert N.1 (ll və lll hissə), Nərminə İsmayılova (magistr I kurs) Ferens Listin "Mefisto vals" əsərlərini ifa etdilər.
İş prosesində Mira Marçenko öz bilik və təcrübəsini tələbələrlə bölüşdü. Gənc azərbaycanlı musiqiçilər də tanınmış pianoçudan dəyərli məsləhət və tövsiyələr aldılar.