• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 dekabr  2022-ci il

    3 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiyanın Əməkdar artisti, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu  Andrey Diyevin ustad dərsi keçirildi.

    Tədbirin əvvəlində Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqlarını və iştirakçılarını salamlayaraq, tanınmış pianoçu A.Diyevi tamaşaçılara təqdim etdi.

    O da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dəyərli musiqiçilərlə bu  musiqi ocağında görüşməkdən məmnun olduğunu vurğuladı.

    Ustad dərsdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Fidan Raşidova (I kurs)

    Lüdviq Van Bethovenin 32 variasiyalar,  Ayan Aslanova  (II kurs) Robert Şumanın  "Детские сцены", Rəşad Ağayev  (III kurs)

    Lüdviq Van Bethovenin Sonata N.27 (l hissə), Nərminə İsmayilova (magistr I kurs)

    Sergey Raxmaninovun Konsert N.2 (l hissə)

     əsərlərini ifa etdilər.

    İş prosesində Andrey Diyev öz bilik və təcrübəsini tələbələrlə bölüşdü. Gənc azərbaycanlı musiqiçilər də tanınmış pianoçudan  dəyərli məsləhət və tövsiyələr aldılar.