• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 noyabr 2022-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti üçün ixtisasartırma məqsədilə İzrailin məşhur pianoçusu, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar, mühazirəçi İlana Zalka-Rubinşteyn dəvət olunmuşdur.

    Bu məqsədlə 23 noyabr 2022-ci il tarixində Bakı Musiqi Akademiyasında İlana Zalka-Rubinşteyn “Нам музыка расскажет о любви” mövzusunda mühazirə və ustad dərslər keçirmişdir.

    Mühazirəyə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, tanınmış pianoçu İlana Zalka-Rubinşteyni tamaşaçılara təqdim etdi.O da öz növbəsində təşəkkürünü bildirərək, Bakıya gəlişindən çox məmnun olduğunu və azərbaycanlılara böyük rəğbət bəslədiyini bildirdi.

    İlana xanım mühazirə zamanı müxtəlif dövrlərin məşhur bəstəkarlarının yaradacılığına toxunaraq, həmçinin həmin görkəmli musiqiçilərin əsərlərindən ifa edib, dinləyicilərə təqdim etdi.

    İ.Rubinşteyn İohan Sebastiyan Bax, Feliks Mendelson, Volfqan Amadey Mosart, Friderik Şopen, Robert Şuman, Rixard Vaqner kimi bəstəkarların yaradıcılığının üslüb xüsusiyyətləri haqqında məlumat verərkən, hər üsluba məxsusi yanaşıb, onları əsərlərin ifasında təsvir edirdi.

    Sonda İlana xanım özünün qələmə aldığı "Nokturn" əsərini ifa etdi və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.