• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 noyabr 2022-ci il

    Bakı Xoreoqrafiya Akademiyasının Akt zalında 15 noyabr 2022-ci il tarixində Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli xalq artisti, professor Ramiz Quliyevin “Ustad dərsi” keçirildi.

    Tədbiri giriş sözü ilə BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev açdı. O tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, virtuoz sənətkar Ramiz Quliyevin tələbələrə ustad dərsi keçməsi bizim üçün böyük şərəf və təqdirəlayiqdir. BXA-nın rektor vəzifəsini icra edən  tədris işləri üzrə prorektor, əməkdar artist Nailə Məmmədzadə Ramiz Quliyevə öz təşəkkürünü bildirdi və akademiya adından xatirə hədiyyəsini təqdim etdi. Tədbirdə iştirak edən Ü. Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə Ramiz Quliyevin elmi fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söhbət açdı. Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Şərqin Paqaninisi sayılan Ramiz Quliyevin tədris müəssisələrində keçirtdiyi ustad dərslərdən və bu dərslərin silsilə halında təşkil olunmasından tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə BXA-nın “Sənətşünaslıq” kafedrasının müəllimi əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Sadıqov Azərbaycan musiqi salnaməsinə qızıl hərflərlə yazılmış tarixi  görüşdən- ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə dünya şöhrətli violençel ifaçısı, dirijor Mstislav Rastropoviçin qarşısında Ramiz Quliyevlə oğlu Eyyub Quliyevin əsrarəngsiz çıxışından söhbət açdı. Daha sonar Rafiq müəllim tarda ifa etdi və Ramiz Quliyevin ilk tələbələrindən biri olduğunu bildirdi. Tədbirdə çıxış edən qonaqlar arasında BXA-nın “Musiqi sənəsti” kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Əhsən Əhmədov, Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri xalq artisti Zümrüd Məmmədova, sənətçünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli Ramiz Quliyev haqqında öz ürək sözlərini bildirdilər.

    Ramiz Quliyevin keçirtdiyi “Ustad dərs”də BXA-nın bakalavr pilləsi üzrə III kurs tələbəsi Fuad Süleymanov bəstəkar Səid Rüstəmovun “Oxu tar” mahnısını,  BXA-nın kollecinin tələbələri Məmmədli Elşən “Şur” muğamını, Ələsgərov Həzrətəli “Çahargah” muğamını, Elsevər bəstəkar Səid Rüstəmovun “Süita”sını, Abdullazadə Musa “Şahnaz” muğamını tarda ifa etdilər. Həmin tələbələrin müəllimləri Cəfərli Elnur və Orxan Zeynalov da zalda iştirak edirdilər. Tələbələrin ifalarını diqqətlə dinləyən ustad sənətkar Ramiz Quliyev öz fikir və tövsiyələrini bildirdi. O tələbələrə tarı necə kökləməyi, ifa edərkən biləngi necə düz tutmağı, sinədə tarı necə düzgün saxlamağı və sarı simin tarda nə qədər vacib rol oynadığını başa saldı.  

    Qeyd etmək istəyirəm ki, korifey sənətkar Ramiz Quliyev 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ustad dərsləri” verib. Ramiz Quliyevin tələbələri Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirir, ölkənin yüksək fəxri adları və elmi dərəcələri ilə təltif olunurlar. 

    Tədbir zamanı Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına Xatirə Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə tarda xalq artisti Ramiz Quliyevin dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi nümunələri səsləndirildi. Sonda xatirə şəkilləri çəkildi.

    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının

    elmi işçisi, doktorantı

    Nigar Bayramova