• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 oktyabr 2022-ci il

    13 oktyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gürcüstan Respublikasının görkəmli pianoçusu, Unesco-nun Sülh Artisti Eliso Bolkvadzenin ustad dərsi  keçirildi.

    Tədbirin əvvəlində Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqları və iştirakçılarını salamlayaraq, tanınmış pianoçu Eliso Bolkvadzeni və Gürcüstan Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Zurab Pataradzeni tamaşaçılara təqdim etdi. Ustad dərsə başlamazdan əvvəl E.Bolkvadze və cənab səfir Z.Pataradze də öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürlərini bildirdilər və dəyərli musiqiçilərlə bu  musiqi ocağında görüşməkdən məmnun olduqlarını qeyd etdilər.

     Ustad dərsdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Ayan Aslanova (ll kurs) İohan Sebastian Baxın  Prelüdiya və fuqa cis-moll (Y.T.K. I cild), Rəşad Ağayev (lll kurs) Pyotr İliç Çaykovskinin “Şelkunçik” baletindən Andante Maestoso, BMA-nın magistr tələbələri Nərminə İsmayilova (I kurs) Friderik Şopenin Skerzo №2,  Gülnaz Eldarlı (II kurs) Klod Debüssinin “Остров радости” əsərlərini ifa etdilər.

    İş prosesində Eliso Bolkvadze öz bilik və təcrübəsini gənc ifaçılarla bölüşdü. Gənc azərbaycanlı musiqiçilər pianoçu və müəllim Eliso Bolkvadzedən  dəyərli məsləhət və tövsiyələr aldılar.