• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 sentyabr 2022-ci il

    19 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin tanınmış müəllimi, professoru, A.İppolitova-İvanova adına beynəlxalq mükafat laureatı, eləcə də fransasız İncəsənət və Ədəbiyyat Ordeninin sahibi Rəna Midhət qızı Şereşevskaya  tərəfindən ustad dərs keçirildi.  

    Tədbirin əvvəlində Azərbaycanın xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqları və iştirakçıları qarşısında çıxış etdi. O, Rəna Şereşevskayanı doğma vətənində salamlayaraq, onunla görüşməyindən çox şad  olduğunu bildirdi. Rəna xanım cavab olaraq səmimi qəbula görə təşəkkür edib və öz tərcümeyi-halı haqqında dinləyicilərlə bölüşdü. Ustad dərsində istedadlı gənc ifaçılar: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əli Vəliyev və Rəvan Paşazadə, həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Rəşid Behbudov və Əli Adıgözəlov çıxış etdilər.

    Onlar Lüdviq van Bethovenin Sonataları N.18, 21, Friderik Şopenin Skerzo N.1, Sergey Raxmaninovun N.6, op.39  etüd-şəklini ifa etdilər.

     Ustad dərs zamanı R.Şereşevskaya öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları ilə bölüşdü. O, dəfələrlə gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulamış və  müəllimlərə mükəmməl professional əməyinə görə təşəkkürü bildirdi. R.Şereşevskayanın hər bir ifaçı ilə işləmə prosesi böyük qayğı ilə səciyyələnirdi. Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirir, müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadə yollarını nümayiş etdirirdi.

    R.Şereşevskaya əsərin yaranma tarixinə, bədii məzmununun xüsusiyyətlərinə xüsusi diqqət yetirir, pianoçuların diqqətini hər bir səslənmə və melodik dönüşün simvolik mənasına cəlb edirdi. Uzun müddət davam edən ustad dərsdə gənc və təcrübəli ifaçılar özləri üçün bir çox yeni və maraqlı məlumatlar əxz etdilər.