29-30 iyun 2022-ci il
2022-ci il 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə Lənkəran və Masallı rayonlarında xor dirijorluğu ixtisası üzrə Xalq artisti, professor Gülbacı İmanova, dosent Xatirə Həsənzadə, beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli xor-dirijorluq, nəzəriyyə, fortepiano ixtisasları üzrə ustad dərsləri keçirdilər.
Bölgələrimizdə musiqi ixtisası üzrə təhsil alan uşaqların istedadlarının düzgün istiqamətləndirilməsinə kömək edən və gələcəkdə peşəkar musiqi ənənələrinin davam etdirilməsinə təkan verən belə ustad dərslərin keçirilməsi olduqca təqdirə layiq haldır.