• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyun 2022-ci il

    2 iyun 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında London Royal Musiqi Akademiyasının professoru, istedadlı truba ifaçısı Kristan Riçards tərəfindən (truba) BMA-nın tələbələri ilə ustad dərsi keçirildi.

    Ustad dərsdə BMA-nın tələbələri Oruc Orucov, Səid Rəsulov, Fərid Hacıyev, Timur Xındırıstanskiy və Faiq Əlizadənin ifasında  Çarı Nurımovun Truba üçün konsert, Daniil Qinetsinskiyin "Yumoreska", "Prelüdiya", Alfred Şnitkenin "Köhnə stildə Süita", Astor Piazzolanın "El  Viaje", Vyaçeslav Şelokovun Truba üçün konsert, Anton Arenskiyin  Konsert valsı, Cüzeppe Tartininin Truba üçün konsert (ll, lll hissələr) əsərləri üzərində işlədilər.

    Professor Kristian Riçards ustad dərsdə hər bir tələbəyə fərdi yanaşaraq,  ifa zamanı nəfəsi düzgün idarə etməyin üsulları haqqında məlumat verdi və əsərdəki cümlələri bölmədən, bütöv xətt şəklində aparmağı tövsiyə etdi.