• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2022-ci il

    31 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı və "Vişegrad" qrupunun sədrliyi ilə tanınmış Macarıstan musiqiçiləri-tuba ifaçısı Zalan Kovaçes və arfa ifaçısı Klara Babelin BMA-nın tələbələrinə ustad dərsləri keçdilər.

    Öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamlayaraq, Macarıstanın Azərbaycandakı səlahiyyətli səfirini  hər kəsə təqdim etdi və onu BMA-da görməkdən məmnun olduğunu bildirdi. Cənab səfir isə öz növbəsində Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla, Yeganə xanıma və bütün yaradıcı heyətə təşkilatçılıq və əməkdaşlıq üçün təşəkkürünü bildirərək, iki dost ölkə arasında daim mədəni əlaqələrin olması, qorunması və davam etdirilməsini arzu etdi.

    Ustad dərsdə BMA-nın tələbələri, tuba ifaçıları Aslan İslamov (ll kurs) M.Qlinkanın “İvan Susanin” operasından Susaninin ariyası, V.Blajevicin 2 saylı konsertini (I hissə), Türkruh Əhmədli (l kurs) E. Zaksenin Konsertini (II, III hissələr), F. Əmirovun "Elegiya", Bəhram Cəfərov (l kurs) F.Əmirovun "Azərbaycan elləri", E.Zaksenin  Konsertini (I hissə) və Fəridə Ələkbərli (magistr II kurs) B.Smetananın "Maldau" əsərlərini ifa etdilər. 

    Üç saat müddətində davam edən ustad dərsdə  musiqiçilər  tələbələrlə ifaçılıq sənətinin sirrlərini bölüşmüş, tubada düzgün nəfəs texnikası, hər bir musiqiçi üçün ifa zamanı texniki çətinliklərin aradan qaldırılması yollarını göstərmişlər.