• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     15 may 2022-ci il

     15 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Dmitri Sitkovetski ilə görüşlər” layihəsi çərçivəsində müasir dövrün görkəmli musiqiçisi, dirijor və skripka ifaçı Dmitri Sitkovetskinin ustad dərsi keçirildi.

    Ustad dərsdə SSRİ xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli (fortepiano), həmçinin BMA-nın tələbələri Ləman Əsədova (skripka) və Orxan Hüseynovun ifasında (violonçel) İ.Brahmsın Trio N.2 C-dur əsəri səsləndirildi.

     

     15 мая 2022 года в Большом зале Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли в рамках проекта Министерства Культуры Азербайджанской Республики "Встречи с  Дмитрием Ситковецким" состоялся мастер-класс выдающегося музыканта современности, дирижёра и исполнителя Д.Ситковецкого. В рамках мастер-класса в исполнении Народного артиста СССР, ректора БМА, профессора Фархада Бадалбейли (фортепиано), а также студентов БМА Ляман Асадовой (скрипка) и Орхана Гусейнова (виолончель) прозвучало Трио N2 C-dur И.Брамса.