• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel 2022-ci il

    26 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Xüsusi pedaqoji hazırlıq" kafedrası tələbələrinin Orta İxtisas musiqi məktəb-studiyasının şagirdləri ilə açıq dərsi keçirildi.

    Açıq dərsdə BMA-nın təcrübəçi tələbələri Amaliya Ağayeva, Sonaxanım Hüseynzadə, Ülkər Məmmədova, Aytən Nəsibova, Ləman Rəhimova, Məryəm Vəliyeva, Ayşə Ağayeva, Pərvin Əsgərova və Məktəb-studiyanın şagirdləri Şəhla Yusibova, Elmir Hüseynov, Mikayıl Qasımlı, Əminə Məmmədova, Qurban Abdullalı, Hüseyn Bədəlbəyli, Fatimə Tapdıqova, Nurel Kərimova iştirak etdilər.

    Qeyd edək ki, BMA-nın təcrübəçi tələbələrinin rəhbərləri professor E.Məmmədova, dosentlər M.Tuayeva, N.Əlizadə, A.Rzayeva, N.Məlikova, N.Qulamova və Məktəb-Studiyanın Əməkdar müəllimləri-dosent M.Tuayeva, N.Mansurova, D.Salayeva, S.Məmmədova, N.Qulamova olmuşdur.

    Tələbələr və şagirdlər açıq dərsdə S.Raxmaninovun "Etüd-lövhə" Es dur (op.33 N.4), M.Klementi Sonatina G dur (lll hissə), İ.Berkoviç-N.Paqanini Etüd a moll, İ.S.Bax "Menuet" d moll, Konsert a moll (l hissə), S.Raxmaninov "Elegiya", G.F.Hendel Sonata N.6 (I hissə), Variasiyalarla mövzu, V. A.Mosart Sonata B dur (l hissə) əsərləri üzərində çalışdılar.