• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 noyabr 2021-ci il

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyası və Naxçıvan Muxtar Respublikasının Dövlət Universitetinin Musiqi Kollecinin birgə əməkdaşlığı ilə “Ustad dərsləri” layihəsinə start verilmişdir. 

    Layihə 19 noyabr tarixində onlayn şəkildə ZOOM proqramı vasitəsi ilə baş tutmuş və  ilk ustad dərsi tar aləti ifaçılığına həsr edilmişdi.

    Ustad dərsi Musiqi Kollecinin rəhbəri Məhəbbət Babayevanın layihə iştirakçılarını salamlaması ilə başladı. Ardından çıxış edən BMA-nın elmi tədqiqat laboratoriyasının rəhbəri, dosent Nuridə İsmayılzadə layihənin BMA-nın 100 illik yubileyi çərçivəsində keçirildiyini vurğulayaraq, layihə iştirakçılarına uğurlar arzuladı. Naxçıvan Muxtar Respublikasının Dövlət Universitetinin Musiqi Kollecinin tələbə və müəllim heyəti müasir musiqi mədəniyyətinimiz dəyərli simalarından olan, BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşı, ustad sənətkar, xalq artisti, professor Ramiz Quliyevlə ünsiyyətdə olmaq və onun sənət məsləhətlərindən yararlanmaq şansını əldə etdi. Ustad sənətkar layihə çərçivəsində illərlə keçdiyi ifaçılıq yolu, tar repertuarı və s. mövzularda çıxış etdi.

    Həmçinin uğurla keçən ustad dərsində dahi bəstəkar Ü. Hacıbəylinin əsərlərindən ibarət popuri kompozisiyası Ramiz Quliyevin ifasında videoçarx şəklində iştirakçılara təqdim olundu.

    Bu iki qurum arasında başlanan mötəbər layihənin davamlı keçirilməsi və ustad dərslərinin müxtəlif ixtisasları əhatə etməsi planlaşdırılır.

     

    Ü. Hacıbəyli Bakı Musiqi Akademiyasının

     elmi tədqiqat laboratoriyasının elmi işçisi və doktorantı

    İsrafilova İlahə Qismət q.