• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15-30 iyul 2021-ci il

    Məktəb-studiyanın BMA-nın 100 illik yubileyinə həsr olunmuş yay ustad-dərsləri

    Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası BMAnın 100 illik yubileyi munasibəti ilə 2020-2021-ci tədris ili ərzində bir sıra kreativ layihələr həyata kecirmişdir.

    BMA-nın şanlı yubileyinin qeyd edilməsi ilə əlaqədar 2021-ci il 15-30 iyul tarixlərində məktəbstudiya Azəbaycanın muxtəlif regionlarında fəaliyyət gostərən uşaq musiqi və incəsənət məktəblərinin şagird və muəllimləri ucun nəzərdə tutulmuş odənişsiz yay ustad-dərsləri təşkil etmişdir.

    Bu layihənin kecirilməsi Azərbaycan regionlarının musiqi tədris muəssisələri ilə qırılmaz bağların yaradılması, yaradıcılıq məsələlərinin geniş aspektdə baxılmasına dair metodik gostərişlərin verilməsi və onların optimal usullar vasitəsi ilə bədii və texniki realizasiyası məqsədi daşıyır.

    Şəki, Yevlax, Bərdə və Mingəcevir şəhərlərindən 30-a yaxın ərizə qəbul olunmuşdur. Ustaddərslər fortepiano və violin (skripka) ixtisasları uzrə, şagirdlərin videoyazısının ilkin dinlənilməsi əsasında kecirilmişdir. Məktəb-studiyanın yuksəkixtisaslı muəllimləri: pianocular fortepiano şobəsinin mudiri Nərgiz Mənsurova, Azərbaycanın əməkdar muəllimi Ayşa Əliyeva, sənətşunaslıq uzrə fəlsəfə doktorları İmina Əliyeva və Sevda Məmmədova, muəllimlər Nuranə Zeynalova, Nərminə Əliverdizadə, Ofeliya Axundova və Anna İsrafilova, skripkacılar orkestr alətləri şobəsinin mudiri, dosent Gulnarə Quliyeva, Naira Qulamova və başqaları onlayn dərslərdə oz səmərəli təhsil metodu axtarışlarına əsaslanan coxillik təcrubələrini gənc musiqicilərlə paylaşmışdılar.

    BMA-nın məktəb-studiyası yeni tədris ilindən başlayaraq tələb olunan bu metodik xidmətin olkənin region musiqi və incəsənət məktəblərinə davamlı olaraq gostərilməsini nəzərdə tutur.