• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 iyun 2021-ci il

    2021-ci iyun ayından Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "Ustad dərslər" layihəsinə start verildi.

    Ustad dərslər ilin sonunadək davam edəcəkdir. Layihənin əsas məqsədi bütün ölkə üzrə musiqi məktəblərində, kolleclərdə təhsil alan tələbələrin peşəkarlıq səviyyəsini artırmaqdır.

    Layihə çərçivəsində 29 iyun 2021-ci il tarixində  Ü.Hacıbəyli adına BMA-nın kiçik zalında "Simli alətlər" kafedrasının professoru Hökümə Əliyeva, 30 iyun tarixində isə BMA-nın Q.Qarayev adına konfrans zalında "İxtisas fortepiano" kafedrasının baş müəllimi Günel Kazımova ustad dərslər keçirmişlər.