• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 noyabr 2020-ci il

    “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanmışdır.

     Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının , Mədəniyyət Nazirliyinin və ″Skandinaviya Ölkələri İlə Mədəni və Elmi Əlaqələr″ ictimai birliyi ilə birgə,  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslarının iştirakı ilə, Azərbaycanın şimal bölgəsinin  uşaq  musiqi məktəblərinin müəllimləri ilə onlayn rejimdə  “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin ilk iclası keçirilmişdir.

    İclası giriş sözləri ilə açıq elan edən BMA-nın  elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə layihə çərçivəsində Azərbaycanın regionlardakı uşaq musiqi məktəblərinin şagirdləri üçün - xanəndə, tar  və  kamança  üzrə ustad dərslərinin əyani şəkildə  keçirilməsinin  nəzərdə tutulmasını qeyd etmişdir. Lakin hal-hazırki pandemiya ilə əlaqədar olaraq ustad dərslərinin  onlayn rejimdə keçirilməsinin labüdlüyünü diqqətə çatdırmışdir.

    N.İsmayılzadə layihənin həyata keçirilməsimdə yaxından iştirak etmiş Xaçmaz Regional İdarəsinin rəisi Nazim Ağayevin və məsləhətçisi Fərid Musayevin xüsusi zəhmətlərini vurğulamışdır.

     Daha sonra çıxış üçün söz   BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d.,professor  Gülnaz Abdullazadəyə verilmişdir. Gülnaz Abdullazadə layihənin önəmliyini vurğulayaraq, Ü.Hacıbəyli adına BMA-da ilk dəfə keçirilməsini bildirdi.  Ustad ifaçılar regionlarda yaşayan uşaq musiqi məktəblərinin müəllimlərinə, habelə,  istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçərək onların yaradıcılığına dəstək olacaqlar.

    Ustad dərsləri Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları, tanınmış sənətkarlardan  Xalq artisti, professor Ramiz Quliyev (tar), əməkdar incəsənət xadimi, sənətsünaslıq üzrə fəlsəfə doktoru,  professor  Arif Əsədullayev (kamança),  Xalq artisti , professor  Zümrüd Məmmədova (xanəndə)  ixtisas fənnlər üzrə region müəllim və şagirdlərinə keçəcəklər.  Bu münasibətlə çıxış edən ustadlar görüləcək işlər barədə ətraflı məlumatlar verdilər və layihə çərçivəsində bütün bilik və təcrübələrini əsirgəməyəcəklərini vurğuladılar.

    İclasda  iştirak  edən  Azərbaycanın şimal bölgəsinin Xaçmaz, Xudat, Quba, Şabran və Qusar rayonlarının uşaq  musiqi məktəblərinin müəllimləri: (tar) Həkimov  Məmmədşah, İsgəndərov Tural, Qubadov Elnur, Neymətov Müşviq, Xeyirov Rəhman, Ağayev Fayiq, (kamança) Cəfərova Bilqeyis, Rəhmanova Şəfiqə, (xanəndə) Zalova Cəmilə, Səlimov Əlövsət, Mustafayev Eldar ,(qarmon) Həsənov Roman – ayrı-ayrılıqda hər biri çıxış edərək layihənin xüsusilə regionlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Çıxışlar zamanı müxtəlif təkliflər irəli sürüldü: tar, kamança və xanəndə ixtisas dərslərinin keçirilməsində vahid dərs proqramının, metodikanın olmasının önəmliyi; torpaqlarımızın erməni işğalından  azad olması, Böyük Qələbəmiz münasibəti ilə bəstəkarlarımızın tar və kamança  alətləri üçün qələbə marşlarının yazılmasının önəmliliyi, radio və televiziyada muğam verlişlərinin açılmasının vacibliyi və s.

    Sonda layihə çərçivəsində ustad dərslərin cədvəli planlaşdırıldı və iştirakçılara “ZOOM” proqramı vasitəsilə təşkil olunacaq dərslərin cədvəlinin göndərilməsi bildirildi.   

     

                Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

                                                                                            böyük elmi işçi Mehparə Rzayeva