21 noyabr 2019-cu
21 noyabr 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Böyük Almaniya orqan ifaçısı Guntel Kennelin ustad dərsi keçirilib.
Tədbirdə BMA-nın tələbə və müəllim heyyəti iştirak ediblər.
Ustad dərsdə Guntel Kennel F.Mendelson-Sonata №1, op.65 (Abdullayeva Şəfəq ), F.Mendelson-Sonata №2, op.65 (Bəylərbəyova Səbinə ), İ.S.Bax- Fantaziya və fuqa g-moll BWV 542, M.Reger-İntroduksiya və passakaliya d-moll (Məmmədova Nigar), N.Bruns- Preludiya və fuqa e-moll, D.Bukstexude- Preludiya və fuqa G-dur op.139 (Orucova Səbinə), İ.S.Bax- Fantaziya və fuqa G-dur BWV 571, İ.S.Bax- Xoral BWV 680 (Muradova Gülbacı), N.Bruns- Preludiya və fuqa e-moll, İ.S.Bax- Xoral BWV 646 (Mustafayeva Arzu), İ.S.Bax- Preludiya və fuqa A-dur BWV 536 (Qasımova Nigar), İ.S.Bax- 2 xoral (Axundova Gülnaz) əsərlərin ifaçılıq xüsusiyyətlərini araşdırmağa, nəzəri məlumatlar verməyə çalışırdı. Almaniya orqanisti Guntel Kennel tərəfindən aparılan ustad dərs çox yüksək səviyyədə keçərək bütün tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.
Ustad dərsdə təqdim olunan repertuar əsasında orqanist öz dəyərli məsləhətlərini tələbələrə bildirərək gənc musiqiçilərin qəlbini rövnəqləndirib.
Ustad dərs dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.