• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr 2019-cu

    2019-cu il 25 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Vyana Musiqi Akademiyasının (Avstriya) məzunları olan violonçel ifaçısı, professor Florian Kitt və piano ifaçısı, professor Carlos Rivera Aguilar BMA-nın İfaçılıq fakültəsinin Kamera ansamblı kafedrasının tələbələri ilə ustad dərsi keçirmişdirlər.


    Ustad dərsində tələbələr Aslanlı Nəzrin (skripka), Nəsirli Fatimə (skripka, IV kurs), Əmişov Əli (alt, IV kurs), Kərimli Əsmər (violonçel) bəstəkar G.Faurenin Piano kvarteti (№1 in C minor, op.15); Əliyeva Fatimə (piano), Bağırzadə Səid (klarnet), Kərimli Əsmər (violonçel) bəstəkar L.Bethovenin klarnet və fortepiano üçün (in B flat), Fortepiano üçün Trio; Hüseynova Tomris (piano), Abdullayeva Xəyalə (skripka) L.Bethovenin Piano üçün Sonata (№ 5 in C minor) əsərlərini ifa etmişlər. Professorlar Florian Kitt və Carlos Rivera Aguilar əsərlər üzərində işləyərək, onların ifaçılıq xüsusiyyətləri, ştrixlər, nüanslar haqqında tələbələrə dolğun məlumat vermişdirlər.