• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 sentyabr 2019-cu

    2019-cu il 20 sentyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında BMA-nın məzunu, hal-hazırda ABŞ-ın Qərbi Miçiqan Universitetinin müəllimi və Ruzvelt Universitetinin nəzdində İfaçılıq Sənəti Kollecinin Simli Alətlər kafedrasının müdiri, professor İqor Fedotovun ustad dərsi baş tutdu.


    Professor İqor Fedotov Amerikadakı pedaqoji fəaliyyəti və bir sıra xarici ölkələrdə iştirak etdiyi konsert təəssüratlarını bölüşdü və tələbələrə lazımı tövsiyyələrini bildirdi.
    Ustad dərsində BMA-nın magistr I kurs tələbələləri Həsənli Nigar (P.Hindemit - “Şvanendreen” konserti); İsmayılova Günel (İ.S.Bax- Suita 1 Allemanda I Corrente) çıxış etdilər.
    BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsi bütün auditoriya tərəfindən maraqla qarşılandı.