• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1-5 iyul 2019-cu

    Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin “Simli alətlər” kafedrasının II-ci kurs tələbəsi Nicat Bağırov 1-5 iyul 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində II-ci beynalxalq kontrabas ustad dərsində iştirak etmişdir. 


    Ustad dərsin  ilk 3 gününü, 2006-2009 illərində Münxen kamera orkestrinin və hal-hazırda İstanbul Borusan Simfonik orkestrinin kontrabas qrupunun konsertmeysteri - Onur Özkaya ilə, son 2 gününü isə dünya kontrabas məktəbinə böyük töhvələr vermiş, Berlin Musiqi Akademiyasının professoru, "Bassiona Amorosa" ansamblın yaradıcısı Klaus Trumpf-la dərslərini keçən Nicat Bağırov sonda Sertifikatla təltif olunmuşdur. Qeyd edək ki, tələbəmiz ötən illərdə St.Peterburg Filarmonik orkestrinin kontrabas qrupunun konsertmeysteri - Artem Cerkov, Paris Konservatoriyasının professorları - Nicolas Crosse və Eduard Rudolfun ustad dərslərində iştirak etmişdir.