• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 iyun 2019-cu

    24 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında Meksika marimba ifaçısı, Meksika Mədəniyyət və İncəsənət qrantının qalibi Javier Nandayapa tərəfindən Ustad dərsi keçirilib.

    Javier Nandayapa ustad dərsində tələbələrlə öz təcrübələrini bölüşüb. Onlara əsərlər üzərində ifa texnikalarını öyrədib. Ustad dərsində tələbələr - Rəsul Zülfüqarlı (I kurs) - Kees Schonenbeck "Marimba üçün konsert (I hissə)", Akif Rəhimov (II kurs) - N.P.Budaşkin "Domra üçün konsert (II, III hissə)", Ramiz İsmayılov (II kurs)  -H.Rzayev "Konsertino", Hüseynzadə Kamil (Bül-Bül adına Orta İxtisas Musiqi Məktəbinin 9-cu sinif şagirdi) - Р.Щедрин "В подражение Альбенису",  H.Rzayev  "Sonatina (I hissə)" əsərlərini ifa ediblər.