• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 may 2019-cu

    4 may 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Budqosk Musiqi Akademiyası və F.Şopen adına Varşava Universitetinin müəllimi Yeva Poblotskinin ustad dərsi keçirilib.


    Ustad dərsdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Əzizov Ceyhun (F.Lİst - Ricardanza), Əlizadə Fuad (F.Şopen –Ballada – g moll), Manafzadə Atabala (S.Prokofyev - Sonata), Babayeva Vüsalə - (F.Şopen – Etüd op.25 №11) iştirak ediblər.
    Qeyd edək ki, pianoçu ustad dərsdə əsərlərin ifaçılıq xüsusiyyətlərini araşdırmağa, nəzəri məlumatlar verməyə çalışırdı.
    Budqosk Musiqi Akademiyası və F.Şopen adına Varşava Universitetinin müəllimi Yeva Poblotskaya tərəfindən aparılan ustad dərs çox yüksək səviyyədə keçərək bütün tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.