• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 mart 2019-cu

    6 mart 2019-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İsrailin Tel-Əviv Universiteti nəzdində "The Buchmann-Mehta School of Music" məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski “The Buchmann-Mehta School of Music" məktəbinə qəbul üçün tələbələrin dinləyişini keçirib.

    Dinləyişdə Bakı Musiqi Akademiyasının İfaçılıq (Kərimli Qəmər - violin, Mahmudzadə Məmməd - violin, Bağırov Nicat - kontrabas) və Fortepiano (İsayeva Ceyran, Rzayeva Nərmin, İrşadi Gülnar) fakültəsinin tələbələri, həmçinin Bakı Musiqi Akademiyasının məzunu Abasova Ümidə (violin) iştirak ediblər.