8 mart 2019-cu
8 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında məşhur violinoçu, pedaqoq, professor Eduard Vulfsonun ustad dərsi keçirilmişdir.
Ustad dərsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzun və tələbələri Abbasova Ümidə, Aslanlı Nəzrin, Kərimli Qəmər, fortepiano kvarteti – Leyla Zeylanova, Fatimə Nəsirli, Əli Əmişov, Əsmər Kərimli iştirak ediblər. Dərsdə Brams- Konsert, Şosson – Poema, Sibelius- Konsert, Bramsın- Kvartet əsərləri ifa edilib. Eduard Vulfson iştirakçılara ifaçılığın xırda sirlərini açıqlayaraq, hər bir detalı böyük ustalıqla izah edib.
Ustad dərsində Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli, İsrailin Tel-Əviv Universiteti nəzdində "The Buchmann-Mehta School of Music" məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Hüseynov İsmayıl iştirak ediblər. Ustad dərsinin sonunda Bakı Musiqi Akademiyasının rektoru, professor F.Ş.Bədəlbəyli professor Eduard Vulfsona öz təşəkkürünü bildirib.