27 fevral 2019-cu
27 fevral 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İtaliya pianoçusu, Milan Konservatoriyasının məzunu, FaSolSi Assosiasiyasının təsisçisisi Marko Falossi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə ustad dərsi keçib.
Qeyd edək ki, Marko Falossi 1965 ci ildə anadan olmuşdur. Midori Kasahara ilə musiqi təhsilinə başlamış, Piero Rattalino ilə Milan Konservatoriyasını bitirmiş və daha sonra Canni Possiyo ilə bəstəkarlıq kursuna davam etmişdir. 1993- cü ildə Tim di Roma mükafatına layiq görülmüşdür ki, bu da ona bir sıra konsertlər verməyə imkan yaratmışdır. 6 CD çıxarmış, 2007 ci ildə öz piano metodunu tədris etdiyi FaSolSi Assossasiyasını təsis etmişdir. "Sonor Fiqurlar" Marko Falossini xarakterizə edən markadır.
BMA-nın professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsdə Bəylərova Firuzə – W. Mosart - Sonata F - dur, II-III hissə, Əmiraslanov Nəriman – L. V. Bethoven - Sonata "Appassionata" 1 hissə və F.List – Etüd, İsayeva Ceyran – F. Şopen – Skertso no. 3, Zərrin Şükür (Məktəb-Studiyasının 4-cü sinif şagirdi) - İ. S. Bax – Konsert f-moll, F.Mendelson - "Venesiya qaydıçısı" mahnısı op.19; D.Şostakoviç Kuklaların rəqsi silsiləsindən Vals - "Zarafat" əsərlərini ifa ediblər.
Marko Falossi tərəfindən aparılan ustad dərsdə təqdim olunan repertuar əsasında pianoçu öz dəyərli məsləhətlərini tələbələrə bildirərək gənc musiqiçilərin pianoçu qəlbini rövnəqləndirib.
Ustad dərs dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.