1 may 2026-cı il
1 may 2026-cı il tarixində Başqırdıstanın Ufa şəhərində orta ixtisas və ali mədəniyyət-incəsənət müəssisələrinin tələbələri arasında keçirilən Zahir İsmagilov adına "Agidel dalğaları" VI Beynəlxalq Gənc Bəstəkarlar Müsabiqəsinin nəticələri açıqlanıb.
Kamera ansamblı üçün əsər nominasiyası üzrə professor Ceyhun Allahverdiyevin tələbələri Arsalan Navab Moghadam və Ülvi Hüseynzadə II yerə, Ağabəşir Bayramzadə III yerə; dosent Arzu Məmmədovanın tələbəsi Fatimə Məmmədzadə isə miniatür janrı nominasiyası üzrə II yerə layiq görülüb.


