25 fevral 2026-cı il
25 fevral 2026-cı il tarixində PanQafqaz gənclər orkestri üçün Gürcüstanın Tsinandali Beynəlxalq festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dinləyiş keçirildi.
Qeyd edək ki, dinləyişdə 20-dən artıq orkestr alətləri ifaçıları iştirak etdilər.
Dinləyişi Gürcüstanın Tsinandali festivalının rəhbəri tanınmış italiyalı dirijor Claudio Vandelli, Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, "Simli alətlər" kafedrasının dekanı, professor Nəzmiyyə Abbaszadə, Akademik Opera və balet teatrının Simfonik Orkestrinin artisti, Tsinandali Beynəlxalq festivalı nəzdində olan PanQafqaz gənclər orkestrinin üzvü Nicat Məmmədov keçirmişlər. Simfonik orkestr alətləri üzrə gənc ifaçılar dinləyişdə iştirak etdilər. Tələbələr seçdikləri iki əsəri, həmçinin tələb olunan orkestr parçalarını dinləyiş zamanı ifa etmişlər.


