• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 noyabr 2025-ci il

    Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova Qazaxıstan Respublikasında böyük nüfuz qazanan

    “Zarina Altynbayeva Youth Music Competition V” (ZAYMC 2025) beynəlxalq müsabiqəsində  möhtəşəm münsiflər heyəti tərkibində  Azərbaycanı təmsil etmişdir.

    Müsabiqə dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş məşhur musiqiçilərin iştirakı ilə keçirilərək geniş əks-səda doğurdu.

    ZAYMC 2025-in münsiflər heyətinə Qazaxıstan Respublikasının əməkdar xadimi, Abay adına Milli Opera və Balet Teatrının aparıcı solisti, tanınmış vokal ifaçısı Zarina Altınbayeva sədrlik etdi. Tanınmış musiqiçilərdən ibarət münsiflər heyətində Türkiyənin dünya şöhrətli pianoçusu, Dövlət Artisti və UNICEF-in Xoşməramlı səfiri Gülsin Onay, Azərbaycanın Xalq Artisti, pianoçu və bəstəkar, Bakı Musiqi Akademiyasının professoru və prorektoru Yeganə Axundova, Kurmanqazı adına Qazax Milli Konservatoriyasının rektoru Qauxar Tasbergenova, Özbəkistanın Əməkdar Mədəniyyət Xadimi Feruza Xaldarova, XI Beynəlxalq Çaykovski Müsabiqəsinin qalibi violonçel ifaçısı və dirijor Denis Şapovalov, Qırğızıstanın Xalq Artisti Ernis Asanaliyev, virtuoz skripkaçı Ruslan Talas, opera müğənnisi Dina Xamzina və İstanbul Dövlət Simfonik Orkestrinin baş dirijoru Həsən Niyazi Tura kimi sənətkarlar yer alıblar.

    Müsabiqə günlərinin ən yaddaqalan anlarından biri isə 9 noyabr tarixində İstanbul Dövlət Simfonik Orkestrinin baş dirijoru Həsən Niyazi Turanın rəhbərliyi və Qazaxıstan Dövlət Opera və Balet Teatrının Simfonik Orkestri ilə Azərbaycanın Xalq artisti, professor Yeganə Axundovanın birgə çıxışının böyük uğurla təqdim edilməsi oldu. Səhnədə nümayiş olunan proqram həm ifaçılıq mədəniyyəti, həm də Azərbaycan musiqi məktəbinin səhnə ənənələrinin təcəssümü baxımından yüksək qiymətləndirilib və dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılandı.

    Bakı Musiqi Akademiyası beynəlxalq miqyasda fəal iştirakı ilə Azərbaycan musiqi sənətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.