• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 may 2025-ci il

    Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb

    2020-ci ildə rejissor – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-məzunu Rüstəm Sadıqlı tərəfindən çəkilmiş “Zümrüd quşu” bədii filmi üçün bəstəkar Nigar Süleymanın yazdığı saundtrek 2025-ci il mayın 9-da İngiltərədə keçirilmiş nüfuzlu “Erik Sati” adına Beynəlxalq Musiqi Müsabiqəsində “Qızıl Mükafat” (Golden Award) ilə təltif olunmuşdur. Qeyd olunan mükafatın təqdim edildiyi iştirakçılar arasında Çin, ABŞ və digər ölkələrdən olan tanınmış bəstəkarlar da yer alırdı ki, bu da əsərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini təsdiqləyir.

    Filmin kulminasiya nöqtəsində baş qəhrəman bir tablo qarşısında dayanaraq transformasiyaya uğrayır və Zümrüd quşuna çevrilir. Məhz bu təsirli məqamda Nigar Süleymanın musiqisi səslənir və səhnənin emosional gücünü daha da artırır. Saundtrek, yalnız vizual obrazın deyil, həm də daxili dəyişimin musiqi dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Zümrüd quşu mifoloji və fəlsəfi mənbələrdə yenilənmə, mənəvi yüksəliş, saflıq, xeyirxahlıq və müdriklik simvolu kimi qəbul olunur. Filmdə baş obraz musiqinin müşayiəti ilə keçmişin ağrı və iztirablarını geridə qoyaraq, mənəvi rahatlıq və saflıqla əhatələnir və sakitlik halına daxil olur. Musiqi burada sadəcə səslər toplusu deyil, ideya və emosiyanın daşıyıcısı kimi çıxış edir.

    Bəstəkar haqqında məlumat verdikdə, qeyd etmək lazımdır ki, Nigar Süleyman musiqi təhsilinə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlamışdır. O, tanınmış bəstəkar Pikə Axundovanın sinfində təhsil alaraq bu müəssisəni bəstəkarlıq ixtisası üzrə bitirmişdir. Daha sonra, 2023-cü ildə o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq üzrə professorCeyhun Allahverdiyevin rəhbərliyi altında uğurla tamamlamışdır.

    Bəstəkar peşəkar inkişafı çərçivəsində müxtəlif beynəlxalq ustad dərslərində, seminar və simpoziumlarda iştirak etmiş, həmçinin bir sıra beynəlxalq musiqi festivalları və müsabiqələrin fəal iştirakçısı olmuşdur. Onun yaradıcılığı həm klassik ənənəyə bağlılıq, həm də müasir musiqi axtarışlarının sintezi ilə seçilir.