26 yanvar 2025-ci il
2025-ci il 21-26 yanvar tarixlərində Türkiyənin Adana şəhərində VI Beynəlxalq "Adana Rhapsody" Piano Festivali və Müsabiqəsi keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi Aygül Mahmudova müsabiqədə ölkəmizi təmsil etdi.
Sevindirici haldır ki, 1-ci və 3-cü yer qazılmayan müsabiqədə yalnız Azərbaycanı müvəffəqiyyətlə təmsil edən Aygül Mahmudova 2-ci yerə layiq görülmüşdür.
Bu uğur münasibətilə istedadlı tələbəni təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik!