• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 sentyabr 2024-cü il

    11 Avqust  - 9 sentyabr 2024- cü il tarixlerinde Gürcüstanın Tsinandali şəhərində keçirilən VI “Tsinandali Beynəlxalq Musiqi festivalı” -nın PCYO (Pan-Caucasian Youth Orchestra) tərkibində bu sezon Bakı Musiqi Akademiyasının tələbələri Ərol Rzayev (cello), Əli Əmişov (viola), Humay Hacızadə (viola), Aslan İslamov (tuba), həmçinin Bakı Musiqi Akademiyasının məzunları Fatimə Nəsirli (violin), Nicat Məmmədov (fleyta) ifa edərək festivalda iştirak etmişdirlər. Olduqca geniş və zəngin orkestr proqramı ilə Dünya səviyyəli musiqiçi solistlər və dirijorlar Gianandrea Noseda, Vasiliy Petrenko, François Leleux ilə 1 ay gərgin məşqlər sonra, 4 konsertdə ifa ediblər. Festivalın orkestr proqramından kənar olaraq, ölkələrim təmsili, mədəni mübadilə üçün Radisson hotel “Courtyard concert” axşam konserləri təşkil olunurdu. Bu konsertlər silsiləsi çərçivəsində Ərol, Humay, Əli, Fatimə Xəyyam Mirzəzadə - “Miniatürlər” simli kvartetini ifa edərək Azərbaycanı təmsil ediblər. Həmçinin Aslan İslamov öz digər ölkələrdən olan kolleqaları ilə “Brass section” olaraq xüsusi və maraqlı proqram hazırlayıb iştirak etmişdilər. Bu festivalda çox gözəl təcrübə qazanıb, karyeraları üçün uğurlu və faydalı olan insanlarla tanış olub, yaxşı əlaqələr qurmağı bacarıb, Azərbaycanı layiqincə təmsil ediblər.