• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15-21 sentyabr 2024-cü il

    2024-cü il 15-21 sentyabr tarixlərində Hindistandanın Mumbai şəhəri dünyanın ən qabaqcıl opera müsabiqəsinin (Operalia) 31-ci buraxılışına ev sahibliyi etmək şərəfinə malik oldu. 

    1993-cü ildə dünya şöhrətli vokal ifaçısı Plasido Dominqo tərəfindən əsası qoyulmuş, qlobal miqyasda ən qabaqcıl musiqi tədbirlərindən biri olan Operalia olduqca istedadlı gənc opera müğənnilərinin karyerasına başlamasında mühüm rol oynamışdır. Plácido Dominqonun sədrliyi ilə dünyanın hər yerindən seçilən beynəlxalq münsiflər heyəti tərəfindən dinlənilən və bütün səs növlərini kəşf etmək üçün illik platforma rolunu oynayır.

    Müsabiqənin yarımfinalları sentyabr ayının 17-də dinləmə formatında, 21-də isə müsabiqənin finalı Qala-Konsert kimi təqdim olundu və burada finalçılar Maestro Placido Dominqonun rəhbərliyi altında Hindistan Simfonik Orkestri ilə birlikdə çıxış etdilər. Təntənəli müsabiqə 2024-cü ilin qalibinin elanı ilə yekunlaşdı.

    Qeyd edək ki, Rolex NCPA-da Operalia-nın 2024-cü il buraxılışınının dəstəkçisidir. 

    Böyük fəxrlə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılovanın tələbəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olmuş gənc və istedadlı Elmina Həsən 2-ci yer üzrə 3 nominasiyada qalib olub, ölkəmizi yüzlərlə ölkə içində böyük müvəffəqiyyətlə təmsil etmişdir. 

    Onun əsrarəngiz ifası nəhəng dünya musiqiçiləri tərəfindən yüksək təqdir olunub və Rolex saat mükafatı məhz Azərbaycan mədəniyyətini zirvəyə qaldıran parlaq səsli gənc ifaçımıza təqdim olunmuşdur.

    Bu təntənəli uğur münasibətilə pedaqoq, Xalq artisti Gülnaz xanım İsmayılovanı və tələbəsi Elmina Həsəni təbrik edir, yeni yaradıcılıq nailiyyətləri arzu edirik!

    Gənc vokal ifaçılarının ölkə hüdudlarından kənarda, məşhur konsert salonlarında musiqi mədəniyyətimizi uğurla təmsil etməsində dünya şöhrətli opera müğənniləri, dünyada keçirilən ən nüfuzlu müsabiqələrdə  çıxış edən ilk vokalçılar, Azərbaycan Respublikasının Xalq artistləri, Fidan və Xuraman Qasımovaların rolu danılmazdır. Məhz onların əməyi, düzgün istiqaməti Azərbaycan vokal məktəbinin dünyadakı yüksək nüfuzunun göstəricisidir.